Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yuxu
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir.Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi. Dərin veb adlanan bu sistemə qapalı dns yönləndirmələri ilə daxil olmaq mümkündür.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib) == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Lusid yuxu
Lusid yuxu və ya aydın yuxu — bu cür yuxulara verilən addır ki, insan yuxu görərkən yuxu gördüyünü bilir və yuxu görməyinin fərqindədir. Termin ilk dəfə Oksford Psixofizika İnstitutundan olan parapsixoloq Celia Green tərəfindən istifadə edilmişdir. Şərqdəki lusid yuxuya önəm verən bəzi mistik məktəblərdə ustad şagirdinə gördüyü psixofizioloji yuxunu istiqamətləndirmək üçün görüntüyə nəzarət üsullarını öyrədir. Bu üsulları tətbiq edə bilən tələbə yuxuda vəhşi bir heyvan tərəfindən təqib edilirsə, yuxusunda şüurlu olur (lusid yuxu vəziyyəti) və təsəvvürünə nəzarət etməsi sayəsində bu dəfə o vəhşi heyvanı yuxunun qalan hissəsində təqib edə bilər. Bəzi dairələrə görə yuxudan durduqdan sonra yuxuları yazmaq, düşünmək, meditasiya etmək və reallığı sınamaq texnikalarını tətbiq etmək (əlin divar girməsinə çalışmaq, saatı oxumaq) lusid yuxu görməkdə kömək edə bilər.
Yuxu (Kurbe)
Yuxu (fr. Le Sommeil, 1866) — realis rəssam Qüstav Kurbenin Xəlil Şərif Paşanın sifarişi ilə yağlı boya texnikası ilə erotizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Əsəri kəsb etdiyi məna baxımından fr. les Deux Amines — "İki Rəfiqə" və fr. Paresse et Luxure — "Miskinlik və Şəhvət" kimi də adlandırılır. Əsərdə lezbiyanlıq tərənnüm olunur. == Süjeti == Tabloda iki çıplaq qadın, erotik bir şəkildə birbirinə yataqda sarılmış olaraq, cinsəl münasibətdən sonra dincəlmək için yuxulamaları təsvir edilmişdir. Əsərdə məkan baxımından ipək yataqlı barok stilli mebellə bəzədilmiş yataq otağı təsvir edilmişdir. Arxa planda məxmər pərdə, sağ küncdə isə üzərində dekorativ bir güldan olan bir masa yer alır. Ön plandaki kiçik masanın üzərində ise üç əşya vardır – kiçik bir şərab şüşəsi, büllur bir vaza və bir qədəh.
Yuxu (dəqiqləşdirmə)
Yuxu — röya. Yuxu (fizioloji proses) — fizioloji proses. Yuxu (film, 2001) — 2001-ci ildə çəkilən film. Yuxu (musiqi qrupu) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri.
Yuxu (qrup)
Yuxu — Azərbaycan rok qrupu. 1987-ci ildə Sumqayıt şəhərində yaradılmışdır. Qrupun yaradıcısı bas-gitarada ifa edən İbrahim Emin idi, zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev ifa edirdi. Qrupun müxtəlif vaxtlarda üç vokalçısı olub: Cəsur Nemətov, Sərxan Civələk və Zaur Abdullayev. Qrupun ilk mahnısı "Xəzərin sahilində" olub. "Yuxu" Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1991–2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib. Fəaliyyət göstərdiyi illər ərzində qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993), "Sumqayıt" (1994) və "Ölümə çarə yox" (2001). Qrupun bütün mahnıları Azərbaycan dilində idi. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və "Yuxu" qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.
Yuxu Apnesi
Yuxu apnesi — yuxuda nəfəs kəsilməsi olaraq bilinən apne, həyatı təhdid edən uzun müddətli ciddi sağlamlıq problemlərinə səbəb olur. İlk dəfə 1965-ci ildə adı qoyulan apne, yunan dilində ‘nəfəs arzusu’ deməkdir. İki cür yuxu apnesi müəyyən olunub: birincidə beyin tənəffüsü başladan nəfəs alma əzələlərinə doğru siqnalları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək müqavimətə qarşı işləyir. O əsnada qandakı oksigen sıxlığı azalır. Ürəkdə bir sıra ritm pozğunluqları baş verir. Yuxuda ani ölümlər, yüksək təzyiq, ürək xəstəlikləri, infakt və ifliclər baş verir. Göründüyü kimi yuxu əsnasında insan həyatı bir çox təhlükə ilə qarşı qarşıyadır. Belə olduqda hər səhər sağlam olaraq yuxudan oyanmaq möcüzəvi haldır. Yuxuda olarkən insan, şüurunu və xarici mühiti hiss etmə bacarıqlarını qismən itirir.
Yuxu görmə
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Yuxu güləbətini
Yuxu güləbətini (lat. Pulsatilla vulgaris) - güləbətin cinsinə aid bitki növü.
Yuxu tripanosomu
Yuxu tripanosomu - Afrikada yuxu xəstəliyinin törədicisi olub, zooantroponozlara aid edilir. Çünki insandan başqa rezervuar sahib ev heyvanları (donuz, keçi və s.) da ola bilir. Qambi tripanosomunun törətdiyi xəstəlik Qərbi və Mərkəzi Afrikada yayılmışdır. Bədən oxlovvari, yuxarıdan-aşağıya basılmış və bir qədər əyilmiş formadadır. == İnkişaf dövriyyəsi == Qambi tripanosomunun keçiricisi Glossina palpalis sese milçəyidir. Sese milçəyi parazitin qamçılı formasını ev heyvanlarından (donuz, keçi və s.) insana keçirdikdən sonra tripanosom qana, limfa düyünlərinə daxil olaraq intensiv surətdə qeyri-cinsiyyətli yolla çoxalır. 20-25 gündən sonra bütün orqanlara, o cümlədən baş və onurğa beyinə, ürəyə, böyrəklərə, qaraciyərə, dalağa, sümük iliyinə keçib ağır iltihab prosesinə və distrofık dəyişikliklərə səbəb olur. Xəstə adamlarda parazitin inkişafı iki mərhələdə gedir: 1.İlkin və ya hemolimfatik mərhələ. 2. Sonrakı və ya meninqo-ensefalitik mərhələ.
Yuxu xaşxaşı
Yuxu xaşxaşı (lat. Papaver somniferum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin xaşxaş cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, hündürlüyü 100-150 sm olub, tərkibi çoxlu şirəyə malikdir. Gövdəsi düzqalxan, sıxyarpaqlı, göyümtül-yaşıl, yuxarı hissəsi adətən budaqlıdır. Yarpaqları növbəli, göyümtül, sıx, və ya aşağı hissəsi damarlı, nadir hallarda tükcüklüdür. Kökətrafı yarpaqlarının uzunluğu 30 sm, çətir kimi toplanmış, qısa saplaqlı, ellipssəkilli, iridişcikli və ya kəsilmiş-pərli olub, kənarları kəskin dişciklidir. Gövdə yarpaqlarının uzunluğu 20 sm, enli ellipssəkilli və ya tükcüklü itidişciklidir. Çiçəkləri 1-10 saylı, iri, gövdə zirvəsi budaqlanan, çiçəkləri uzun və yağlı şişkindir. Çiçəkləmə dövründə başı aşağı əyilmiş çiçəklər hamar, tərkibində tiryək olan sortlar göyümtül-yaşıl, uzunsov-ellipssəkilli, zirvəsinin uzunluğu 3-4,5 sm, yağlı sortlarda isə onların ölçülərinin uzunluğu 2-2,5 sm, aşağı hissəsi qırmızı-bənövşəyi və ya tam yaşıl, enli-ellipssəkillidir. Kasacığı çılpaq, çiçəkləmədən əvvəl açılmağa başlayır.
Yuxu xəstəliyi
Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.). T.b.g 98%-dən çox qeydə alınmışdır. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir. == Simptomları və dioqnostikası == İlk mərhələdə qızdırma, baş ağrısı, qaşınma və oynaqlarda ağrılar olur. Bu simptom xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsindən 1-3 həftə sonra xəstədə özünü büruzə verir. Neçə həftələr, yaxud aylar sonra isə ikinci mərhələ başlayır: şüurun zəifləməsi, Hərəkətin pis koordinasiyası, keyləşmə və yuxu pozğunluğu. == Profilaktikası və müalicəsi == Ağır hallarda risk qrupuna daxil olan əhalinin qanında T.b.g. olub-olmaması müntəzəm qan analizləri ilə yoxlanılmalıdır. Diaqnoz vaxtında – xəstədə nevroloji simptomların üzə çıxmasına qədər, qoyulduqda, müalicə yüngül keçə bilər.
Yuxu zamanı
[mənbə göstərin]Yuxu zamanı – fərqli aləmdə varlığını davam edən, vaxtı ilə mədəni qəhrəman və metafizik varlıqlara ev olmuş fərqli Avstraliya mifologiyalarına xas olan özünəməxsus mifoloji eranın, yaradılış dövrünün təyinatı üçün istifadə edilən termin. 1938-ci ildə antropoloq A.P.Elkin tərəfindən təklif edilib və Uilyam Edvard Henli Stenner tərəfindən məşhurlaşdırılıb. Ehtimal edilirdi ki, əslində “daimi”, “varlıqsız” mənalarını daşıyan aranta dilindəki “alçerinqa” sözünün (alcheringa) yanlış tərcüməsidir. Bəzi ərazilərdə “yuxu zamanı” “Bayame zamanı” (Bayame – ali yaradan-ilah) adlanır. “Yuxu” zamanı mifik qəhrəmanlar öz həyat dövrünü başa vuraraq, insanları, heyvanları və bitkiləri canlandırıb, yerli landşaftı müəyyən və adətləri bərqərar edib. Bu məcrada, ənənəvi olaraq, ingilis dilinə “yuxu” kimi tərcümə edilən söz (aranta – alçera, diyeri – mura-mura, pityantyatyara - tjukurpa) həmçinin bütün ruh varlıqların təyin edilməsi üçün istifadə edilir. “Yuxu zamanı” haqda təsəvvür, demək olar ki, Avstraliyanın bütün aborigen xalqlarında mövcuddur. 1980-ci illərdən başlayaraq “yuxu zamanı” obrazı kütlə mədəniyyəti və müasir (ing. “new age”) populyar mifologiya baxımından yenidən gündəmə gətirilir. Qeyd edilirdi ki, tez-tez bu axınlarda bu anlayışın mənası təhrif olunurdu.
Yuxu əsməsi
Yuxu əsməsi (lat. Anemone pulsatilla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Yuxu (proses)
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yuxu prosesi
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Dərin Paket Təftişi
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
Daxili yuxu arteriyası
Daxili yuxu arteriyası (lat. artéria carótis intérna) — ümumi yuxu arteriyasından ayrılan 2 damardan biridir. Onun funksiyası arterial qanı beynə çatdırmaq və onu qidalandırmaqdır. == Şaxələri == göz arteriyası — lat. arteria ophtalmica, dal birləşdirici arteriya — lat. arteria communicans posterior, damarlı kələfin ön arteriyası — lat. arteria chorioidea anterior, böyük beyinin ön arteriyası — lat. arteria cerebri anterior, böyük beyinin orta arteriyası — lat. arteria cerebri media.
Qırmızı teremdə yuxu
Qırmızı teremdə yuxu və ya Daşın hekayəsi (sadələşdirilmiş çincə: 红楼梦, ənənəvi çincə: 紅樓夢; pinyin: Hóng Lóu Mèng) Tsao Syuetsin tərəfindən yazılmlş, çincənin dörd böyük klassik romanlarından biri. 18-ci əsrin ortalarında, Tsin sülaləsi dövründə yazılmışdır. Çində xalq dilində yazılmış ən böyük əsərlərdən biri və çincə fantastika ədəbiyyatının şah əsəri qəbul edilir. İlk 80 bölüm Tsao Syuetsin tərəfindən yazıldı. 1791-92-də birinci və ikinci nəşrləri hazırlayan Qao E, yoldaşı Çenq Ueiyuan ilə birlikdə romana 40 bölüm daha əlavə etdi.Qırmızı teremdə yuxu yarı-avtobioqrafiya növündə yazılmış bir romandır. Tzao Syuetsinin öz ailəsinin və eyni zamanda Tzin sülaləsinin yüksəlişini və çöküşünü anladır. Yazıçının ilk bölümdə anlatdığına görə gəncliyində tanış olduğu qadınlara, qohumlara və xidmətçilərinə həsr edilmiş bir xatirədir. Kitap çox geniş qəhrəman heyəti və buna bağlı psixolojik ölçüsünün yanında 18-ci əsrin Çin atistokratiyasının sosial quruluşunun ətraflı bir analizi olması baxımından da vacibdir. == Adlandırma == Qırmızı (qızıl) köşk ya da otaq anlayışının mənşəyi haqqında fərqli nəzəriyyələr vardır. Çində vacib ailələrin qızları başqa otaqlardan keçərək çatılan qorunaqlı özəl bölmələrdə qalırdılar.
Xarici yuxu arteriyası
Xarici yuxu arteriyası (lat. arteia carotis externa) ümumi yuxu arteriyasının bir şaxəsi olub, ondan qalxanabənzər qığırdağın üst kənarı bərabərliyindən başlanğıc götürərək, döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə yuxarıya döğru gedərək yuxu üçbucağına çatır, buradan çənəarxası çuxura keçərək qulaqaltı vəzinin kütləsini keçir və çənə boynu arxasında 3 şaxəyə ayrılır: səthi gicgah arteriyası — lat. a. temporalis superficialis və əng arteriyası — lat. a. maxillaris. Başlanğıcda daxili yuxu arteriyası daxili yuxu arteriyasından işəri tərəfdə yerləşsə də sonradan yuxarı doğru getdikcə bayır tərəfinə keşərək ondan bizəbənzər çıxıntı, biz-udlaq — lat. m. stylopharyngeus və biz-dil əzələləri — lat. styloglossus vasitəsilə ayrılır.
Yuxu (film, 2001)
Yuxu — Rejissor Fikrət Əliyevin filmi. == Məzmun == Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və istədiyinə nail olur. == Film haqqında == Film quruluşçu operator Valeri Kərimovun kinoda son işidir. Filmin çəkilişlərinə Buzovna qəsəbəsi sakinləri köməklik göstərmişdir. Bəzi çəkilişlər Neftçala rayonunun Qoltuq kəndində çəkilib Filmdə Hidayət dayını canlandıran aktyor Gündüz Abbasovun kinoda son işidir Film 1993-cü ildə çəkilmişdir, çəkilişi 1994-cü ildə başa çatmışdır. Lakin filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Qasım Səfəroğlu, Fikrət Əliyev Quruluşçu rejissor: Fikrət Əliyev Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Adil Azay, Əziz Məmmədov Bəstəkar: Azər Dadaşov Rejissor: Qasım Səfəroğlu Operator: Vaqif Muradov, Eldar Ağayev Səs operatoru: Kamal Seyidov Montaj edən: Rəfiqə İbrahimova Redaktor: Ruqiyyə Eldarova Qrim rəssamı: Berta Roqova Rejissor assistenti: Elçin Süleymanov, İradə Quliyeva, Arif Həbibi Operator assistenti: Fuad Cabbarov (Fuad Cabbarlı kimi) Dekor üzrə rəssam assistenti : Elyaz Səfərov Geyim üzrə rəssam assistenti: Şahin Həsənli Montaj üzrə assistent: Xalidə Cəfərova Foto rəssamı: Tofiq Kərimov Geyim ustası: Gülxar Sadıqova Əlbəsə ustası: Gülxar Sadıqova İşıq ustası: Adil Dadaşov İşıqçı: Məhəmməd Hacıyev Səs texniki: Nadir Mikayılov Direktor müavini: Tofiq Musayev, Tərlan Babayev İnzibatçı: Əbdülnəsir Kutiyev (Əbdül Kutiyev kimi), İlqar Əliyev Sürücü: Oqtay Əliyev, Muxtar Əzizbəyov Çalır: Rafiq Babayevin İnstrumental Ansamblı Ansamblın bədii rəhbəri: Səyavuş Kərimi Mahnının mətni: Qasım Səfəroğlu Mahnı ifa edən: Azər Zeynalov Filmin direktoru: Heydər Dadaşov Prodüser: Fikrət Əliyev === Rollarda === Nəsibə Zeynalova — Məsmə Səyavuş Aslan — Fərəcov Yaşar Nuri — Xəlil Zərnigar Ağakişiyeva — Xurşud Qorxmaz Əlili — qəsəbə sakini İlham Qasımov — Əliabbas Ayan Mirqasımova — Bahar Nuriyyə Əhmədova — Səriyyə Gündüz Abbasov — Hidayət Bəxtiyar Məmmədov — Bədəl Bəhram Bağırzadə — Akif (Bəhram Bağırov kimi) Kübra Dadaşova — Gülgəz Xanım Qafarova — Nazlı Aqil Ağacanov — Mənsurov V. Əliyeva Tural Əliyev Ülvi Əliyev Məmmədkamal Kazımov — qəsəbə sakini Şamil Süleymanov — satıcı Nəsibə Eldarova Lətifə Əliyeva — satıcı Esmira Əliyeva Xədicə Xeyrullayeva S. Qulamova Azad Dadaşov Ruqiyyə Eldarova Nəsibə Novruzova — maşındakı qız N-n.
Yuxu (musiqi qrupu)
Yuxu — Azərbaycan rok qrupu. 1987-ci ildə Sumqayıt şəhərində yaradılmışdır. Qrupun yaradıcısı bas-gitarada ifa edən İbrahim Emin idi, zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev ifa edirdi. Qrupun müxtəlif vaxtlarda üç vokalçısı olub: Cəsur Nemətov, Sərxan Civələk və Zaur Abdullayev. Qrupun ilk mahnısı "Xəzərin sahilində" olub. "Yuxu" Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1991–2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib. Fəaliyyət göstərdiyi illər ərzində qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993), "Sumqayıt" (1994) və "Ölümə çarə yox" (2001). Qrupun bütün mahnıları Azərbaycan dilində idi. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və "Yuxu" qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.
Ümumi yuxu arteriyası
Ümumi yuxu arteriyası (lat. arteria carotis communis; carotis lat. caroo sözündən götürülmüşdür mənası "yuxuya salır" deməkdir.) başı qanla təchiz edən "şah" damar. Avstriya anatomu Yozef Hirtl ümumi yuxu arteriyasını "baş arteriyası" adlandırmışdır. Ümumi yuxu arteriyası sağ tərəfdən bazu-baş kötüyündən və sol tərəfdə aorta qövsündən başlayaraq nəfəs borusu ilə qida borusunun yan tərəfləri ilə yuxarı doğru gedir və qalxanabənzər qığırdağın yuxarı kənarı bərabərində iki uc şaxəyə bölünür. Ümumi yuxu arteriyasının zan şaxələri yoxdur. == Şaxələri == lat. arteria carotis externa — xarici yuxu arteriyası lat. arteria carotis interna — daxili yuxu arteriyası == Ümumi məlumat == Ümumi yuxu arteriyaları (sağ və sol) müxtəlif mənbələrdən başladıqları üçün sol tərəfdəki sağ tərəfdəkindən təxminən 2–3 sm uzundur. Bunlar başlanan uclarında bir-birinə yaxındırlar, yuxarı getdikcə əksinə bir-birilərindən uzaqlaşıb nəfəs borusu və qırtlaq vasitəsilə ayrılırlar və bu nahiyədə boyun üzvləri çox qabağa çıxdıqları üçün dərində yerləşirlər.Sol ümumi yuxu arteriyasının başlanan ucu sağ tərəfdəkindən orta xəttə yaxındır və aorta qövsündən başlandığı üçün döş sümüyündən uzaqdır.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. == İstinadlar == == Xarici keçidlər == Dorin — Vukipediya saytında.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Cərin (Zəncan)
Cərin — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, Qiydar qəsəbəsindən 27 km cənub-şərqdədir.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Yubu
Yubu adası (yap. 由布島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi — 0,15 km², maksimal hündürlüyü 1.9 m. İriomote adasının şimal-şərq sahilindən kiçik boğazla ayrılır. adaanın cənub hissəsi tropik meşə ilə örtülüdür. Şimalında eyni adlı kiçik kənd vardır.
Yuxi
Yuxi — Çində Yunnan əyalətində yerləşən vilayət tipli şəhər. İdarə mərkəzi Honqta mahalıdır. == Coğrafiyası == Yuxi Kunminqin cənubunda, təxminən 90 km aralıqda yerləşir. Sahəsi 15.285 kvadrat kilometr, əhalisi 2.5 milyona yaxındır. Yuxinin daxilində Fuxian gölü vardır. Bu göl Çində ən dərin ikinci göl sayılır. Bundan başqa şəhərin ətrafıda daha üç göl vardır. Bunlar Xingyun Gölü, Qilu Gölü, və Yanqzong Gölüdür. == İqlimi == Şəhərdə əsasən subtropik yayla iqlimi hakimdir. Günlük orta tempratur +17 ° C -dir.
Deçin
Deçin— Çexiya Respublikasının şimalında Usti nad Labem əyalətində olan bir kiçik şəhər. Deçin əyalətin vilayətdə ən böyük şəhəri olub, əyalətin mərkəzi şəhəri sayılır. == Coğrafiyası == Deçin Bohemiyanda Elba çayı (Çex: Labe) ilə Ploučnice çayının birləşdiyi ərzidə salınmışdır. Şəhər Elba çayı bölgədə olan yumşaq qumdaşından ibarət alçaq dağlıq bölgədən keçdikdən sonra Bohemiya İsveçrəsi və şimalda Luşatınya Dağları, cənubda Bohemiya Yüksək Sahələri kimi tanınan təpəlik ərazilərinə keçid bölgəsində yerləşir. Ərazi Elba çayının iki sahilində olub, tarixən iki dəyişik məskən meydana gəlmişdir: Elba çayının sağ sahilində olan ərazi köhnə Deçin şəhəridir və sol sahildəki ərazinin adı 1842-ci ildə bələdiyyəsi qurulan Podmokly (Alman dilində "Bodenbach") qəsəbəsidir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 135 m olub, beləcə Çex Respublikasında ən aşağı hündürlüyə malik şəhərlərdən biridir. Şəhərin yaxınlığından Almaniyanın Drezden şəhəri ilə Praqanı birləşdirən çox əhəmiyyətli dəmiyolu olan "Elba Vadisi Dəmiryolu" keçir. Deçin stansiyası ilə Praqanın şimalı arasında qatarla təxminən 83 dəqiqəlik yol var. Bu dəmiryoluna paralel olaraq Elba çayı sahili boyu avtomobil yolu uzanır və bu yol üzərindəki "Bad Schandau" sərhəd qapısı 1938-ci ildə genişləndirilib qurulmuşdur. Bütün bu nəqliyyat yolları (dəmiryolu xətti, avtomobil yolu və şəhərdən keçən su yolu) Deçin şəhərini əhəmiyyətli coğrafi strateji mövqeyə çevirmişdir.
Dəran (Culfa)
Dəran (fars. داران‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 947 nəfər yaşayır (320 ailə).
Kərin (Ərdəbil)
Kərin (fars. كرين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (153 ailə).
Yerin duzu (film,1954)
Yerin duzu — 1954-cü ildə Maykl Vilson tərəfindən yazılmış, Herbert J. Bibermanın rejissoru olduğu və Paul Jarrico tərəfindən hazırlanan Amerika dram filmidir. Kommunist siyasətinə qarışdıqlarına görə Hollywood quruluşu tərəfindən qara siyahıya alınmışdır.
Yerin duzu (film, 1954)
Yerin duzu — 1954-cü ildə Maykl Vilson tərəfindən yazılmış, Herbert J. Bibermanın rejissoru olduğu və Paul Jarrico tərəfindən hazırlanan Amerika dram filmidir. Kommunist siyasətinə qarışdıqlarına görə Hollywood quruluşu tərəfindən qara siyahıya alınmışdır.
Andre Deren
Andre Deren (fr. André Derain, 10 iyun 1880[…], Şatu[d][…] – 8 sentyabr 1954[…], Qarş[d][…]) — Fransız rəssam, qrafik rəssamı, teatr tərtibçisi, heykəltaraş, keramikaçı. == Bioqrafiya == O, E. Karyeranın (1898–1899) sinfində Parisdə Julian Akademiyasında (1904) təhsil almışdır. Rəssamın formalaşması onun yoldaşı Mauris de Vlaminka və daha sonra ona böyük təsir göstərən Henri Matisse tərəfindən təsirləndi. Orduda uzun bir xidmətdən sonra (1900–1904), sənətçi iki il (1905–1906) Böyük Britaniyaya yola düşdü. Fauvizmin ruhunda hazırlanmış bu mənzərələr təbiət həyatının gərginliyini çatdırmaq istəyi ilə doludur; onların dekorativ effekti təmiz kontrast rənglərin böyük yamalarından olduqca gərgin səslərə əsaslanır (Londra Limanı, 1906, Tate Gallery, London). Şəkillər dərin Autumn Salon 1905-də ictimaiyyətin diqqətini çəkdi. == İstinadlar == == Ədəbiyyat == Sutton D., André Derain, L., 1959.
Berin Menderes
Fatma Berrin Menderes (1905, İzmir, Aydın vilayəti – 22 aprel 1994, Ankara) Türkiyənin sabiq baş naziri Adnan Menderesin həyat yoldaşı. == Həyatı == Evliyazadə Hacı Mehmet Əfəndinin qızı Naciye Xanım ilə Yemişçibaşı İzzət Bəyin ən kiçik övladı olaraq 1905-ci ildə İzmirdə anadan olub. Ana tərəfindən ailəsi Evliyazadələr İzmirin öndə gələn ailələrindən biri idi. Aydın ilində kənd təsərrüfatı ilə məşğul olan Adnan Menderes ilə 1929-cu ildə evlənmişdi. Həyat yoldaşının Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili seçilməsindən sonra 1931-ci ildə birlikdə Ankaraya köçdülər. Ailə qurmalarından sonra Yüksel (1930–1972), Mutlu (1937–1978) və Aydın (1946–2011) adında üç oğulları dünyaya gəldi. Həyat yoldaşı Demokrat Partiyası (DP) ilə 10 il hakimiyyətdə təmsil olundu və Türkiyədə dövlət çevrilişindən sonra 17 sentyabr 1961-ci ildə İmralı adasında edam edildi. Berrin Menderes 1972-ci ildə böyük oğlu Yüksel Menderesi itirdi. 1975-ci ildə böyük bacısı Güzin Dülger, 1978-ci ildə ortancıl oğlu Mutlu vəfat etdikdən sonra həyatına kiçik oğlu Aydınla davam etdi. Qardaşı Samim Yemişçibaşı 1985-ci ildə dünyasını dəyişib.
Derik (Salmas)
Derik (fars. دريك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 194 nəfər yaşayır (38 ailə).
Devin Lisk
Devin Lisk (d. 14 sentyabr 1999) — Zimbabveli üzgüçü. Devin Lisk Zimbabveni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Devin Lisk birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:08.13 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 38-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Verin Oratağ
Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Verin Sıznek
Yuxarı Yemişcan — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Verin Sıznek adlandırılır. == Əhalisi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Yuxarı Yemişcan kəndinin əhalisinin faktiki sayı 29 nəfər, qeydiyyatdakı əhalinin sayı 28 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yuxarı Yemişcan kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdir.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Veronika Gerin
Veronika Gerin (ing. Veronica Guerin; 5 iyul 1959, Dublin – 26 iyun 1996, Kilder qraflığı[d], Lenster) — narkotik mafiyası tərəfindən qətlə yetilirən İrlandiya cinayət müxbiri. == Şəxsi həyatı == Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin qızı olan Gerin ailədə "Ronni" ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Gerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir.Gerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır. 1985-ci ildə o, Qraham Törli ilə ailə həyatı qurur və 1990-cı ildə bu nikahdan cütlüyün Kasal adlı bir oğlu dünyaya gəlir.
Veronika Qerin
Veronika Gerin (ing. Veronica Guerin; 5 iyul 1959, Dublin – 26 iyun 1996, Kilder qraflığı[d], Lenster) — narkotik mafiyası tərəfindən qətlə yetilirən İrlandiya cinayət müxbiri. == Şəxsi həyatı == Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin qızı olan Gerin ailədə "Ronni" ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Gerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir.Gerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır. 1985-ci ildə o, Qraham Törli ilə ailə həyatı qurur və 1990-cı ildə bu nikahdan cütlüyün Kasal adlı bir oğlu dünyaya gəlir.
Yerin atmosferi
Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. == Tərkibi == Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0,03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur.
Yerin mantiyası
Mantiya (yun. mantion- plaş, örtük) — Yer kürəsinin Maxaroviçiç sərhədindən (30–35 km, Yer qabığının dabanı) 2900 km dərinliyə kimi (nüvənin xarici Vixert-Qutenberq sərhədi) olan hissəsi. Əsasən, maqnezium və dəmirlə zəngin olan ağır minerallardan təşkil olunmuşdur. Mantiya quruluşuna görə 3 hissəyə bölünür: üst (300 km-ədək), orta (300–950 km) və alt (950–2900 km) mantiya. Tektonik hərəkətlər, maqmatizm və s. proseslər mantiya ilə əlaqədardır.Yerin mantiyası Yerin nüvəsinin xarici sərhədində uzununa dalğaların sürəti (Vp) orta hesabla 8 km/s-dan (7,8–8,5 km\s) ~ 13,6 km\s-dək (nüvənin Perqam sərhədində), eninə dalğaların (Vs) sürəti isə uyğun olaraq 4,4–7,3 km\s-dək artır. Yerin mantiyası sıxlığın şaquli paylanması yer qabığının altında 3,3–3,5 q\sm3-dək, nüvənin xarici sərhədində 5,6–5,9 q\sm3-dək dəyişir. Yerin mantiyası üçün ağırlıq qüvvəsinin (g) hesablanmış qiyməti dəyişməz kəmiyyətdir: g"const"1000 sm\san2. Yer qabığı altında təzyiq 1,3–1,4 mln. atm-ə yaxındır.